`

Dəstək

Çatdırılma və ödəniş şərtləri

Çatdırılma

Bakı , Abşeron və Sumqayıt şəhərlərinə çatdırılma sifariş təsdiqləndikdən sonra 1 gün müddətində və pulsuzdur.

Digər bölgələrə çatdırılma isə müştəri ilə sifarişin təcililiyinə görə razılaşdırma əsasında  ödənişli vəya ödənişsiz ola bilər.

Ödəniş

Satış zamanı ödəniş nəğd və ya plastik kart vasitəsi ilə həyata keçirilə bilər.

Korporativ müştərilər üçün müqavilə əsasında  rəsmi e-qaimə, qiymət razılaşdırma protokolu və elektron vergi hesab fakturası təqdim edilməklə verilir.

Tez-tez soruşulan suallar

Müştərilərin,  yeni təkər almadan öncə soruşduğu bir neçə suallar var.

Kreditlə satış həyata keçirirsiniz?

Baş mağazalarda şinlər kreditlə satılmır, lakin Worldcart və BirKart ilə 6 ayadək taksitlə, Tam Kart ilə isə 12 ayadək faizsiz taksitlə əldə edə bilərsiniz. Əlavə məlumat almaq üçün qeyd olunan nömrəyə müraciət edə bilərsiniz: *0009

Barter və ya köhnə (işlənmiş) təkər alırsız ?

Mağazamız yalnız yeni təkərlərin satışını həyata keçirdiyindən, təəssüf ki, barter və ya köhnə (işlənmiş) təkərlərin alışı üzrə işlər aparılmır.

Təkərləri necə saxlamaq lazımdır?

Şinləri, ən yaxşısı, temperaturu 25°C çox olmayan quru yerdə saxlamaqdır. Təkərlərə günəş şüalarının birbaşa düşməsinə yol vermək olmaz. Şinlərin məhv olmasının qarşısının alınması üçün onlar aqressiv kimyəvi maddələrlə təmasda olmamalıdır. Mütləq təkərlərdə yağ və ya benzin qalıqlarının qalıb-qalmamasını yoxlayın, şinləri yuyun, qurudun və bütün saxlanma müddəti ərzində onların havalandırılmasını təmin edin. Bu qaydalara əməl olunması məhsulun istifadə müddətini əhəmiyyətli dərəcədə uzatmaqda və lazımsız problemlərdən qorunmaqda sizə kömək edəcək.

İli köhnə təkərləri almaq olar mı ?

Təkərlərin rəf ömrü 10 ildir. Düzgün şəraitdə saxlanılan təkərlər ili köhnə olsa belə alıb istifadə etmək olar. Məsələn. 2019-cu il istehsalı olan təkərləri 2022-ci ildə alırsınizsa , həmin təkər 7 il istifadəyə yararlıdır.

Təkərin istifadə müddəti nə qədərdir ?

Düzgün qulluq edilən təkərləri 5 il sürmək mümkündür. Vaxtı vaxtında, balans, razval, düzgün hava təzyiqi və yer dəyişmə edilməsi təkərin ömrünü uzadan əsas amillərdir.

Rayonlarda nümayəndəliyiniz var mı ?

Azərbaycanın bir çox bölgəsində rəsmi nümayəndələrimiz mövcuddur. Linkə klik edərək sizə yaxın olan nümayəndəmizin ünvanını görə bilərsiniz.

Təkərlər orginaldır ?

Lassa təkərləri bir başa Türkiyədən, Brisa zavodundan anbarımıza gəlir və tam orginaldır.

Endirimli təkər satırsız ?

Saytımızın kampaniyalar hissəsində endirimli təkərlər ilə tanış ola bilər və avtomobilinizə uyğun təkərləri seçə bilərsiniz.

Məxfilik siyasəti

Məxfilik siyasəti

Hörmətli müştəri, məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün çox vacib amillərdən biridir. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və ya bu kimi  şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürülmür. Lassa.az adlı saytımız, şəxsi məlumatlarınızı, yalnız xidmətlərimiz, sayt haqqında xəbərlər, eləcə də yeniliklər barədə Sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edəcək. Müasir informasiya texnologiyalarının, bizə verdiyiniz məlumatların toplanmasında və istifadəsindəki əhəmiyyətini əks etdirmək üçün bu “Məxfilik Siyasəti” adlanan bölmə hazırlanmışdır. Bu “Məxfilik Siyasəti”ndə “biz”ə edilən istinadlar Lassa.az saytına münasibətdə istifadə olunur və “Siz”ə edilən istinadlar fərdi məlumatların subyektinə münasibətdə istifadə olunur.

Sualım var